Cabir Əliyev (@cbraliyev) 's Twitter Profile
Cabir Əliyev

@cbraliyev

PhD in Law, mostly read but sometimes also write on jurisprudence, human rights, and Internet regulations

ID: 1322697157141549057

linkhttps://medium.com/@cabiraliyev calendar_today01-11-2020 00:29:29

820 Tweet

487 Followers

143 Following

Cabir Əliyev (@cbraliyev) 's Twitter Profile Photo

Bütün rayon bilir ki, kefimizdən mühafizəkar olmadıq! Əşyanın təbiəti gərəyi "ayrılıq" proqressivizmə mündəmicdir :)

Cabir Əliyev (@cbraliyev) 's Twitter Profile Photo

Bir xatırlatma edim. Təhqir və böhtan bizdə dekriminallaşmayıb, yəni hələ də cinayət hesab edilir. Hətta anonim adlarla təhqirin sanksiyası daha ağırdır, 1 ilə qədər azadlıqdan məhrum etmə... Mənə də hərdən qəribə gəlir insanların burda cinayəti gözə alıb təhqir və böhtan

Cabir Əliyev (@cbraliyev) 's Twitter Profile Photo

"Müvəqqəti təminat tədbiri" institutunu Azərbaycan məhkəmələrinin əlindən almaq lazımdı. Uşağın əlinə bomba vermək kimi bir şeydi...

Cabir Əliyev (@cbraliyev) 's Twitter Profile Photo

"Incel" və "konservativ" sözü çəpəki xətlə ayrılıb :) Ümumiyyətlə bizdə "konservatizm" qədər yanlış anlaşılan, yeri səhv düşən söz çox azdır. Yeni başlayanlar yığcam ancaq bir o qədər sərrast bir mətnlə- Nisbetin "Conservatism: Dream and Reality"si ilə başlaya bilər. Sonra daha

Cabir Əliyev (@cbraliyev) 's Twitter Profile Photo

Bizim məhkəmə qərarlarında/ümumiyyətlə elmi ədəbiyyatımızda arxasınca heç bir əsası olmayan/uydurma bir fikrin gələcəyi cümlə girişi yazıram: "maddələrin əlaqəli təhlili göstərir ki..." Bu əlaqəli təhlili necə eləmisən? Bunun "mənim kefimə görə təhlil göstərir ki..."dən fərqi

Cabir Əliyev (@cbraliyev) 's Twitter Profile Photo

Məhkəmə qərarlarında/elmi ədabiyyatımızda arxasınca heç bir əsası olmayan/uydurma bir fikrin gələcəyi başqa bir cümlə girişi yazıram "maddənin mənasına görə..." Məhz həmin məna sənə vəhy olaraqmı gəldi? :)

Cabir Əliyev (@cbraliyev) 's Twitter Profile Photo

İndi fikirləşdim hərhalda rekordum 700 manatdır. Bir dəfə iki cildlik bir kitabı bu qiymətə almışdım. Qiymətindən asılı olmayaraq heç bir kitabın baha olduğunu düşünmürəm. Amma "Qanun" nəşriyyatı müftə də paylasa həmin nəşriyyatın kitabları bahadır :)

Cabir Əliyev (@cbraliyev) 's Twitter Profile Photo

Akademik mətnlər əvvəlcə ümumi oxucunun anlayacağı kitablara, ordan populyar jurnallardakı məqalələrə, sonra qəzetlərdə publisistik yazılara, lap sonda da sosial mediada capslərə çevrilir. Bir mövzu haqqında bu sadalanan zəncirin hansı həlqəsində xəbər tutmağınız isə sizin

Cabir Əliyev (@cbraliyev) 's Twitter Profile Photo

Bu gün təsadüfən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7-8 işini izləməli oldum. Məhkəmə konveyer üsulu ilə işlərə baxıb işləri rədd edirdi! Bundan sonra həvəsim olduqca əsassız məhkəmə qərarlarını burda bölüşüb necə absurd məsələlərlə uğraşdığımızı göstərəcəm.

Cabir Əliyev (@cbraliyev) 's Twitter Profile Photo

Vəkillərin özlərini reklam qadağası var. Bizdə bu məsələyə ciddi yanaşmırlar. Ciddi yanaşsalar yaxşı olar. Haqsız rəqabət yaratdığı üçün demirəm, ətimizi tökdüyü üçün deyirəm...

Cabir Əliyev (@cbraliyev) 's Twitter Profile Photo

Alahı vaxtı bədii ədəbiyyat yada düşmür. Ancaq elə ki, həyatın tərs şilləsini yeyirsən, şeir çatır, roman çatır dadına...

Cabir Əliyev (@cbraliyev) 's Twitter Profile Photo

Hər dəfə məhkəməyə gedəndə özümü Demirkubuzun "Kader" filmindəki Bekir kimi hiss edirəm. Bu dəfə "Uğur" olacaq ümidi ilə... Ədliyyə sistemi ilə münasıbətimiz belədir. Obsessiv arzunun dözülməz ölümcüllüyü...

Cabir Əliyev (@cbraliyev) 's Twitter Profile Photo

Köhnə Sürix Mülki Məcəlləsi qadın/kişi boşanandan sonra 3 ay müddətində evlənmələrini qadağan edirmiş. Buna intizar müddəti deyirlər. Quranda (elə indiki Türk Mülki Məcəlləsində) sadəcə qadınlar üçün gözləmə müddəti var, - iddət (miqdar, saymaq) deyirlər. İntizar müddəti daha

Cabir Əliyev (@cbraliyev) 's Twitter Profile Photo

Mənə görə bir ölkədə delikt (hüquqa zidd əmələ görə zərər vurulana maddi və mənəvi kompensasiya ödənilməsi) institutunun işlək olması o ölkənin mədəniyyət göstəricisidir. Sizə maraqlı bir fakt deyim. Azərbaycan Mülki Məcəlləsində mənəvi zərərin kompensasiyası üçün xüsusi bir