Amerikanın Səsi(@amerikaninsesi) 's Twitter Profileg
Amerikanın Səsi

@amerikaninsesi

Azərbaycan və dünya xəbərləri burada. Azad Mətbuat Şərtdir.

ID:48245672

linkhttp://www.amerikaninsesi.org calendar_today18-06-2009 04:32:04

68,6K Tweet

39,0K Takipçi

83 Takip Edilen

Follow People
Amerikanın Səsi(@amerikaninsesi) 's Twitter Profile Photo

Pentaqon ABŞ ordusunun Qəzza zolağının sakinlərinə yardımın çatdırılmasına kömək edəcə estakadanın tikintisinin başa çatdırıldığını, lakin hava şəraitinin iki hissədən ibarət qurğunun yerində quraşdırılmasına mane olduğunu bildirib. amerikaninsesi.org/a/us-military-…

account_circle
Amerikanın Səsi(@amerikaninsesi) 's Twitter Profile Photo

ABŞ administrasiyasının yüksək səviyyəli rəsmisi bildirib ki, ABŞ-ın buna qarşı olmasına baxmayaraq, İsrailin Rəfah şəhərinə genişmiqyaslı hücuma başlamaq qərarına yaxınlaşmasından narahat olduğu üçün İsrailə bomba daşınması dayandırılıb. amerikaninsesi.org/a/us-paused-bo…

account_circle
Amerikanın Səsi(@amerikaninsesi) 's Twitter Profile Photo

Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Avrasiya üzrə koordinatoru Gülnoza Said Amerikanın Səsinə müsahibədə Azərbaycanda medianın durumu, jurnalistlərin həbsləri və regional tendensiyalar haqda danışıb.

account_circle
Amerikanın Səsi(@amerikaninsesi) 's Twitter Profile Photo

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, mayın 8-də Kyiv vilayətində Rusiyanın raket zərbəsi nəticəsində iki nəfər yaralanıb, 13 evə ziyan dəyib.

account_circle
Amerikanın Səsi(@amerikaninsesi) 's Twitter Profile Photo

Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri həbsdə olan jurnalistlər və vətəndaş cəmiyyətinin fəalları ilə görüşüb. amerikaninsesi.org/a/7602758.html

account_circle
Amerikanın Səsi(@amerikaninsesi) 's Twitter Profile Photo

Vəkil Elmar Süleymanovun sözlərinə görə Xətai Rayon Məhkəməsində hüquq müdafiəçisi barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə baxılıb, lakin məhkəmə vəsatəti təmin etməyib. amerikaninsesi.org/a/7602691.html

account_circle
Amerikanın Səsi(@amerikaninsesi) 's Twitter Profile Photo

İranın Şərqi Azərbaycan vilayətinin Mərənd şəhərində bələdiyyə başqanı, bələdiyyə başqanının müavini və bələdiyyənin bir neçə əməkdaşı nəzarət altına alınıb. amerikaninsesi.org/a/7601216.html

account_circle
Amerikanın Səsi(@amerikaninsesi) 's Twitter Profile Photo

Mayın 7-də ABŞ-nin Azərbaycandakı səfir Mark Libbi hazırda həbsdə olan vətəndaş cəmiyyəti nümayəndələrinin ailə üzvləri ilə görüşərək onların vəziyyətini müzakirə edib. amerikaninsesi.org/a/7602469.html

account_circle
Amerikanın Səsi(@amerikaninsesi) 's Twitter Profile Photo

Boliviyada And Tinku ritual döyüşləri keçirilir

Boliviyanın yüksək hündürlükdə yerləşən San Pedro de Maça şəhərində yüzlərlə yerli Keçua kişi və qadın mübahisələri həll etmək üçün 'Tinku' kimi tanınan ritual rəqs və döyüş üçün küçələrə çıxır.

account_circle
Amerikanın Səsi(@amerikaninsesi) 's Twitter Profile Photo

Keçən ay İsrailə misli görünməmiş birbaşa hücuma baxmayaraq, İran hazırda İsraillə geniş müharibəyə girməmək üçün ehtiyatlı davranıb. Lakin analitiklər deyirlər ki, İrandakı digər radikal elementlər gələcəkdə daha böyük riskə getməyə hazır ola bilərlər. amerikaninsesi.org/a/7601464.html

account_circle
Amerikanın Səsi(@amerikaninsesi) 's Twitter Profile Photo

Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, Rusiya “Fransa, İngiltərə və ABŞ-ın Rusiya Federasiyası ilə bağlı təxribat xarakterli bəyanatları və təhdidlərinə” cavab olaraq, taktiki nüvə silahı ilə təlimlər keçirməyi planlaşdırır. amerikaninsesi.org/a/7600993.html

account_circle
Amerikanın Səsi(@amerikaninsesi) 's Twitter Profile Photo

Argentinalılar prezidentin iqamətgahına yürüş edərkən gərginlik yaşanıb

Çərşənbə axşamı Argentina küçələrində gərginlik yüksək səviyyədə olub.
Belə ki, prezidentin Olivosdakı iqamətgahına yürüş edən etirazçılara qarşı ictimai asayiş polisi yerləşdirilib.

account_circle
Amerikanın Səsi(@amerikaninsesi) 's Twitter Profile Photo

Mayın 7-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko arasında görüş olub. amerikaninsesi.org/a/7601588.html

account_circle
Amerikanın Səsi(@amerikaninsesi) 's Twitter Profile Photo

Belarus çərşənbə axşamı bildirib ki, prezident Aleksandr Lukaşenkonun göstərişi ilə ordusunun taktiki nüvə silahı yerləşdirməyə hazır olub-olmadığı yoxlanılır. amerikaninsesi.org/a/7601564.html

account_circle
Amerikanın Səsi(@amerikaninsesi) 's Twitter Profile Photo

▶️ Cənubi Afrikada, Keyptaun yaxınlığındakı Corc şəhərində tikilməkdə olan və ən azı dörd nəfərin ölümü ilə nəticələnən çoxmərtəbəli binanın çökməsi nəticəsində qalan işçilər üçün axtarışlar davam edib.

account_circle
Amerikanın Səsi(@amerikaninsesi) 's Twitter Profile Photo

Kolumbiya Universiteti bazar ertəsi davam edən Fələstin tərəfdarı etirazlar fonunda universitet miqyasında böyük buraxılış mərasimini ləğv etdiyini, lakin bu həftə və gələn həftə daha kiçik mərasimlər keçirəcəyini elan edib. amerikaninsesi.org/a/7601041.html

account_circle
Amerikanın Səsi(@amerikaninsesi) 's Twitter Profile Photo

Mayın 7-də Bakının Nərimanov Rayon Məhkəməsində Turan agentliyinin iqtisadi xəbərlər şöbəsinin redaktoru Hafiz Babalının Qafqazinfo.az onlayn nəşrinə qarşı iddiası üzrə hazırlıq iclası başa çatıb. amerikaninsesi.org/a/7601011.html

account_circle
Amerikanın Səsi(@amerikaninsesi) 's Twitter Profile Photo

Mayın 7-də 'Abzas Media işi' ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) şahid qismində çağırılan ictimai fəal, 'Toplum TV'nin əməkdaşı Elmir Abbasov dindirildikdən sonra sərbəst buraxılıb. amerikaninsesi.org/a/7601405.html

account_circle